Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentə vətəndaş məktubları: Qüdrətli dövlətimizin qüdrətli Prezidenti...

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə vətəndaşlarından minnətdarlıq məktubları gəlməkdə davam edir.

“Hörmətli cənab Ali Baş Komandan.

Sizin şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqımızın bu çətin günündə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evlərinin tikintisinin davam etdirilməsi dövlətimizin bu sahəyə diqqətinin bariz nümunəsidir.

Biz - Qarabağ qaziləri Sizin rəhbəri olduğunuz ölkədə yaşamağımızla fəxr edirik. Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi yaşayış evlərinin tikintisi rayonun bütün sakinlərinin sevincinə səbəb olub. Hər bir şəhid bizə qardaş qədər doğma və əzizdir.

Cənab Prezident, biz - Qarabağ qazilərinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Buna görə Sizin ətrafinızda daim sıx birləşmişik və Sizin döyüş əmrinizi gözləyirik”.

Hörmətlə,

Məmmədov Üzeyir

Hacıyev Gəray

Aslanov Zeynal

Məlikov Veysəl

Ağayev Mərdan və başqaları, Qarabağ qaziləri.

Azərbaycan Respublikası, Lerik rayonu.

***

“Hörmətli cənab Prezident.

Ölkəmiz və xalqımız üçün gördüyünüz işlərə görə Sizi alqışlayıram. Siz ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısısınız. Sizin siyasətinizdə gənclər də mühüm yer tutur. Təməl daşı möhkəm qoyulan müasir gənclik gələcəyə doğru iri addımlarla irəliləməkdədir. Mən də bir gənc olaraq Sizinlə qürur duyuram.

Siz COVID-19 pandemiyasının yayıldığı bir dövrdə xalqımıza arxa-dayaq oldunuz, eyni zamanda, vətəndaşlara doğru yol göstərdiniz, nümunəvi addımlar atdınız. Rəsmi tədbirlər zamanı qapalı məkanlarda maska geyinməyiniz xalq tərəfindən böyük rəğbətlə qarşılandı. Siz işsiz insanlara iki ay olmaqla hər ay 190 manat məbləğində birdəfəlik ödəmənin edilməsi ilə bağlı göstəriş verdiniz, imkansız ailələrə yardım göstərdiniz. Allah Sizi və ailənizi pənahında saxlasın, cənab Prezident. Hər şey üçün Sizə minnətdarıq. Nə yaxşı ki, varsınız”.

Hörmətlə,

Məmmədova Sevinc Eldar qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

***

“Möhtərəm cənab Prezident.

Siz fəaliyyətiniz dövründə həmişə xalqa böyük diqqət və qayğı göstərməklə, vətəndaşların azad və firavan yaşaması üçün bütün gücünüzü sərf edirsiniz. Buna görə də xalqımız Sizi daim dəstəkləyir, verdiyiniz Sərəncamları alqışlayır.

Ölkəmizə rəhbərliyiniz dövründə bir çox sahələrdə köklü dəyişikliklər olmuş, insanlara sosial xidmətlərin vəziyyəti xeyli yaxşılaşmışdır. Dövlət idarəetmə sistemində aparılan islahatlar nəticəsində bir çox qurumların işində ciddi dönüş yaranmış, qanun-qayda, nizam-intizam yüksək səviyyəyə çatdırılmışdır. Biz bu gün sahibkarların fəaliyyəti üçün hər cür şərait yaradıldığını görürük, şahidi oluruq.

Cənab Prezident, bütün bunlar Sizin dövlət, xalq qarşısındakı əvəzsiz xidmətlərinizin bariz nümunələridir. Buna görə də Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk”.

Ərçivan qəsəbəsinin bir qrup ziyalısı və ağsaqqalı adından hörmət və ehtiramla,

Əzimov Güloğlan Sattar oğlu

Hüseynov Əli Pürhan oğlu

Səmədov Mehman Məsum oğlu

Babayev Fazil Əhməd oğlu və başqaları.

Azərbaycan Respublikası, Astara rayonu.

***

“Möhtərəm cənab Prezident.

Mən də Azərbaycan Respublikasının vətəndaşı olaraq xalqımıza qoşulur, dünyaya qənim kəsilən koronavirus pandemiyasına qarşı ölkəmizdə apardığınız hərtərəfli mübarizəyə və əldə etdiyiniz uğurlara görə Sizə dərin təşəkkürümü və ehtiramımı bildirirəm.

Cənab Prezident, Azərbaycan xalqı Sizinlə fəxr edir. Çünki, Siz həmişə xalqımızın firavan yaşaması üçün bütün qüvvə və bacarığınızı, zəngin biliyinizi sərf etmisiniz. İqtisadiyyatımızın, sosial həyatımızın, elmimizin, mədəniyyətimizin və ümumiyyətlə bütün sahələrin inkişaf etməsi üçün böyük işlər görməklə yüksək göstəricilər əldə etmisiniz. Azərbaycanın dünya dövlətləri içərisində çox böyük nüfuzu vardır. Bu nüfuz məhz Sizin yeritdiyiniz uğurlu daxili və xarici siyasətin nəticəsidir. Allah Sizi qorusun”.

Dərin hörmət və ehtiramla,

Yunisov Yaqub Ağəli oğlu.

Azərbaycan Respublikası, Ucar rayonu, Yuxarı Şilyan kəndi.

***

"Çox hörmətli cənab Prezident.

Dövlətimiz ölkəmizdə təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır. Təhsil infrastrukturunun yenilənməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

Bu çətin dövrdə rayonumuza səfəriniz bizə sevinc bəxş etdi. Eyni zamanda, Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə əlaqədar Sərəncam imzaladığınıza görə kənd camaatı adından və öz adımızdan Sizə dərin minnətdarlığımızı bildiririk. Uzun illərdir çətin şəraitdə təhsil alan şagirdlərimiz yeni məktəb binasının istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirlər.

Sarıcalı kəndi Ağcabədi rayonunun cəbhə zonasına yaxın kəndlərindən biridir. Burada yeni sosial infrastruktur binalarının tikilməsi, eyni zamanda, düşmənə psixoloji zərbədir və bədnam qonşularımızın gözünə ox kimi batır. Xüsusilə, indiki pandemiya dövründə sosial layihələrin davam etdirilməsi dövlətimizin iqtisadi gücünü və qüdrətini göstərir. Qüdrətli dövlətimizin qüdrətli Prezidenti, Sizə bir daha minnətdarlığımızı bildiririk”.

Hörmətlə,

Mehdiyev Əziz Əyyub oğlu

Salahova Zenfira İsmayıl qızı

Məhərrəmov Mənaf Zülfüqar oğlu

Nərimanov Nəriman Yusif oğlu

Məmmədova Sevinc Ələsgər qızı və başqaları.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Sarıcalı kəndi.

***

"Hörmətli cənab Prezident.

Gənc və müstəqil Azərbaycan Respublikası bu gün bir çox sahələrdə dünya ölkələrinə nümunə göstərilir. Bunlardan biri də ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıqdır. Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bunun təməlində ulu öndər Heydər Əliyevin və Sizin müdrik siyasətiniz dayanır. Biz həmişə bununla öyünmüşük, fəxr etmişik.

Çox təəssüf ki, ölkəmizdə sabitliyi pozmağa, insanlar arasına nifaq salmağa çalışan şər qüvvələr də vardır. Mən bir Azərbaycan vətəndaşı və bir dindar olaraq belə əməlləri, həmçinin dövlətimizə atılan iftiraları, böhtanları kəskin şəkildə qınayıram. Biz həmişə Sizin və Mehriban xanımın dinimizə və dindarlara qayğısını, dəstəyini görmüşük. Bunları danmaq bizə yaraşmaz və Allaha da xoş getməz. Allah Sizi və ailənizi qorusun, bütün işlərinizdə yardımçınız olsun”.

Dərin hörmətlə,

Səidov Ənvər Həmdi oğlu .

Azərbaycan Respublikası, Quba rayonu, Vladimirovka kəndi.

***

"Çox hörmətli cənab Prezident.

Sizin ölkə vətəndaşlarının qayğısına qalmağınız biz kənd camaatını çox sevindirir. Bizim kəndin əhalisi əsasən kartofçuluqla məşğul olur. Sizin karantin dövründə operativ olaraq verdiyiniz qərarlar bizim istehsal etdiyimiz kartof məhsulunun xarici bazarlara çıxmasına çox müsbət təsir etdi. Məhsulumuzu xarici bazarlarda satıb gəlir əldə etdik. Sizə təşəkkürümüzü bildiririk və deyirik ki, hər zaman Sizinləyik”.

Dərin hörmətlə,

Əmənov Şahin Əlisətdar oğlu

Cabbarov Rahil İltifat oğlu

Əhmədov Vüsal Nəhməd oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Muğan kəndi.

***

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının vətəndaşı kimi özüm və bütün ailə üzvlərim Sizin uğurlu xarici və daxili siyasətinizi ürəkdən bəyənirik. Çünki bu uğurlu yol Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin yaratdığı yoldur. Siz Ulu Öndərin təməlini qoyduğu müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edib, onu zirvələrə doğru aparırsınız. Ölkə iqtisadiyyatının bütün sahələrində yüksək və davamlı inkişaf göz qabağındadır. Sizin rəhbərliyiniz sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır.

Dünyanı ağuşuna almış COVID-19 pandemiyasına qarşı çevik və vaxtında gördüyünüz düşünülmüş tədbirlər, Sizin yüksək idarəetmə bacarığına malik dövlət rəhbəri olduğunuza əyani sübutdur. Bir çox ölkələrin rəhbərləri Sizin təcrübənizdən bəhrələndilər. Ölkənin böyük şəhərlərində və rayon mərkəzlərində yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin tikilməsi, köhnələrin təmir olunub müasir tibb avadanlıqlarla təmin olunması, yeni xəstəxanaların pandemiya dövründə virusa yoluxmuş xəstələrin müalicəsi üçün verilməsi, Azərbaycan vətəndaşlarının dünyanın müxtəlif ölkələrindən təxliyə olunaraq müasir otellərdə dövlət hesabına yüksək xidmət göstərilərək karantində saxlanılmaları təqdirəlayiqdir. Müasir Azərbaycan dövlətinin möhkəmlənərək qüdrətli bir dövlətə çevrilməsində, bu dövlətin dünyaya tanıdılmasında, ölkədə səhiyyənin, mədəniyyətin, incəsənətin, əhalinin sosial vəziyyətinin gündən-günə yaxşılaşdırılmasında və digər dövlət əhəmiyyətli məsələlərin həllində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyi danılmazdır.

Çox hörmətli cənab Prezident, mən və bütün ailə üzvlərim şadıq ki, yüksək idarəetmə qabiliyyətinə malik, uzaqgörən və dünya liderləri arasında yüksək hörməti olan Prezidentimiz var. Allah Sizi, Mehriban xanımı, övladlarınızı pis niyyətlərdən və bəlalardan qorusun”.

Hörmətlə,

İsmayılov Tamrelka Niftəli oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.

***

"Hörmətli cənab Prezident.

Sizin tapşırığınıza əsasən “Azərbaycan” İES-in yenidənqurma işləri yekunlaşmaq üzrədir. Ərazidə salınmış gözəl park, "Şəhidlər" postamenti, "1941-1945-ci il Böyük Vətən Müharibəsi" iştirakçılarının xatirəsinə ucaldılmış abidə, Ulu Öndərin abidəsi müəssisədə çalışan Qarabağ müharibəsi veteranlarına qürur verir. Bu abidələr müəssisəmizdə çalışan gənclərimizdə Vətənə sevgi aşılayır və Vətən uğrunda mübarizəyə səsləyir.

Cənab Prezident, müəssisəmizdə çalışan Qarabağ müharibəsi veteranları adından Sizə təşəkkür edir, cansağlığı və uzun ömür arzulayıram. Ulu Tanrı Sizi qorusun”.

Hörmətlə,

Həsənov Natiq Nəriman oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

***

"Hörmətli cənab Prezident.

Sizin Sərəncamınızla “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulur. İllərdən bəri köhnəlmiş, istismar müddətini başa vurmuş avadanlıq və tikililərin yeniləri ilə əvəz olunması stansiyanın həm etibarlılığını artırır, həm də zahiri görkəmini yaxşılaşdırır.

Görülən işlər, yaradılan infrastruktur sayəsində bu gün stansiyamız göz oxşayır. Yeni idarəetmə binalarının tikilməsi, müasir mühafizə qurğularının quraşdırılması paylayıcı qurğuların istismar müddətini uzadır. Bu işləri sadalamaqla qurtarmaz. Yaxşı bilirik ki, görülən bütün bu işlər Sizin tapşırığınızla həyata keçirilir. Cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Uca Tanrı Sizi qorusun".

Hörmətlə,

Əhmədov Sabir Aydın oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »