Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncə sakinindən 10 kq narkotik götürülüb

Gəncədə narkotik maddələr satmaqda şübhəli bilinən şəxs tutulub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 kiloqram 250 qram marixuana, 980 qram tiryək aşkar edilib.

Davam etdirilən tədbirlərlə E.Rzayevin Poçt qəsəbəsi ərazisində gizlətdiyi 1 kiloqram 890 qram marixuana da aşkar edilərək götürülüb.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »