Rusiyanın Krasnodar şəhərində adı 7 xəstənin səhhətinə sağalmaz zərbə vurması ilə gündəmə gəlmiş saxta doktor Alena Verdi sirli bir şəkildə ölüb.
Alena Verdi saxta diplomla klinika açaraq özünü peşəkar cərrah kimi qələmə verərək, cərrahiyyə əməliyyatlarına girirmiş. 7 pasiyentinin üzərində keçirdiyi plastik əməliyyatların uğursuz nəticələnməsi ilə haqqında araşdırılma başladıqdan sonra 2019-cu ilin sonunda Alena Verdi barəsində ev həbsi qərarı verilib.
Rusiya mətbuatının “Doktor Frankşteyn" kimi təqdim etdiyi Alena Verdi iyunun 4-də keçirilən ilk məhkəməyə xəstə olduğunu bildirərək gəlməyib. Bu gün keçirilməli olan məhkəməyə də gəlməyən Alenanın öldüyü məlum olub. Onu huşsuz vəziyyətdə evində açmış olduğu klinikada tapıblar. Xəstəxanaya çatdırılsa da, komaya düşən Verdi ölüb.
Onun birdən-birə hansı səbəblə ölməsi aydın deyil.
İlhamə Rəsulova