Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimi Bəhram Bağırzadənin son durumundan danışdı: “Ümidverici bir hadisədir”

“Bəhram Bağırzadə son 24 saat ərzində EKMO cihazına bağlandıqdan sonra dinamikasında az da olsa stabillik, hətta müsbət gedişat olduğunu deyə bilərəm”.

Publika.az xəbər verir ki, bunui tanınmış ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.

Həkim bildirib ki, ağciyər xaricindəki digər orqanlarının funksiyalarının normaya dönməsi, laborator analizlərində mənfiləşmənin olmaması və eləcə də ağciyər aldığı zədə səbəbindən funksiyasını göstərə bilmədiyi halda EKMO sayəsində bədənin oksigenləşməsi ilə əlaqədar hər hansı problemin olmaması əlbəttə ki, bizim üçün ümidverici bir hadisədir: "Digər orqanlarda da hər hansı problem yaranmasa, şəxsi düşüncəm və komandamızın inamı şansımızın hələ də davam etməsi yönündədir.

Əlbəttə ki, bütün məsələlər yerli və xarici ekspertlərlə birlikdə gündəlik olaraq müzakirə edilir, dünya üçün yeni olan bu sahə üzrə müalicələrdə ola biləcək bütün imkanlar ortaya qoyulur. Səhiyyəmizin və xəstəxanamızın imkanları, eləcə də ən başda birinci vitse-prezident Mehriban xanım Əliyeva şəxsən ilk dəqiqədən etibarən hadisəni nəzarət altına aldı. Hər mərhələdə ehtiyacımız olan dərman preparatlarının, eləcə də texniki imkanların ortaya qoyulması üçün bütün səylər səfərbər olunub. Ümid edirik ki, bu mübarizədə Azərbaycan səhiyyəsi və dövləti hər bir vətəndaşına olduğu kimi, Bəhram Bağırzadənin də həyatının və sağlamlının geri qaytarılması üçün bütün imkanlar daxilində öz gücünü ortaya qoyur və qoyacaq. Arzu edək ki, bu gün dünya üçün problem olan və dünya səhiyyəsinin aciz qaldığı xəstəlik qarşısında uğur qazanacağıq. Şəxsən buna çox inanıram, komanda olaraq da nikbin düşünürük. Bizim illər əvvəl quş qripi ilə bağlı eyni şəkildə KRDS (kəskin respirator distress sindiromu) əmələ gələn xəstəyə tətbiq edilən müalicə və bu yöndə qazanılmış təcrübəmiz, onun vermiş olduğu nəticə ümid yaradır ki, bu yolda da uğur qazanacağıq. Əlbəttə ki, zamana ehtiyac var. Ən başda da xalqın dualarına ehtiyac olacaq. Xəstəxənanın bütün ekspertləri olaraq əlimizdən gələni etməyə davam edəcəyik. Bu yolda bir daha Bəhram müəllimə və bütün ağır COVİD-19 xəstələrinə şəfalar diləyirəm. İnşallah sonda insanlıq bu məsələdə qalib ayrılar”.

Paylaş »
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »