Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərsun Holdinq”-ə Təşəkkürnamə təqdim edildi

14 iyun Ümumdünya qan donoru günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı qan donorluğunda fəal iştirakına və minlərlə qana ehtiyacı olan insanın həyatını xilas etdiyinə görə “Azərsun Holdinq”-ə Təşəkkürnamə təqdim edib.

Azərbaycanın qida sənayesində qabaqcıl şirkətlərdən olan “Azərsun Holdinq” üçün insanların sağlamlığı ən vacib məsələlərdən biri olduğundan, şirkət bu məsələyə xüsusi həssaslıqla yanaşır və müxtəlif sosial aksiyalar həyata keçirir.

Şirkətlər qrupu artıq 14 ildir ki “Siz qan verməklə başqalarına həyat verirsiniz!” şüarı altında qanvermə aksiyası keçirir. Qanvermə aksiyalarında “Azərsun Holdinq”-in İdarə Heyətinin sədri cənab Abdolbari Goozal olmaqla şirkətin minlərlə əməkdaşı aktiv şəkildə iştirak edir. Toplanan donor qanları Tibbi Ərazi Bölələrini İdarəetmə Birliyinin Mərkəzi Qan Bankına təhvil verilir.

Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” bundan sonra da ənənəvi qanvermə aksiyasılarını keçirməklə yüzlərlə insanın öz sağlamlığına qovuşmasına dəstək verəcək.

Paylaş »
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› Ukrayna Mariupolda “döyüş missiyası”nın başa çatdığını elan edib
››› "Azərbaycanda bir neçə yüz manata olan ən brend içkilərin də saxtası var"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »