Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfirlik Volqoqradda azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı məlumat yayıb

Azərbaycanın Rusiyadakı Səfirliyi iyunun 13-də Volqoqrad şəhərində azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, məlumatda bildirilib: "13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavrilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi tərəfimizdən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

Bundan əlavə, cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

Bildiririk ki, hadisə ilə bağlı cinayət işi qaldırılmış və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicək”.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »