Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp meri və qubernatoru sərt tənqid etdi: “Utanmalısız...”

ABŞ Prezidenti Donald Tramp KİV-in Vaşinqton ştatındakı Sietl şəhərində baş verən hadisələrə qəsdən az əhəmiyyət verdiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, o bu barədə özünün “Tvitter” hesabında bildirib.

“Saxta KİV-lərin Sietldə solçu radikalların çevrilişini necə az işıqlandırdığının fərqinə varırsınızmı? Bunu olduqca məqsədli şəkildə edirlər. Çünki onlar etirazçıların səlahiyyətinə daxil olmayan hallara müdaxiləsinin siyasi plana nə dərəcədə güclü təsir göstərdiyini bilirlər”, – deyə Tramp yazıb.

O qeyd edib ki, Sietl şəhərinin meri Cenni Durkan və Vaşinqton ştatının qubernatoru Cey İnsli mütləq utanmalıdırlar.

Buna cavab olaraq C.Durkan D.Trampın Ağ Ev qarşısındakı iğtişaşlar zamanı bunkerdə gizlənməsini nəzərdə tutaraq ona “bunkerə qayıtmağı” tövsiyə edib.

Qeyd edək ki, Sietldə nümayişçilər bir neçə yaşayış məhəlləsini ələ keçirib və orada “polisdən azad” zona yaradıblar.

Tramp bundan əvvəl bildirmişdi ki, şəhər rəhbərliyinin əmin-amanlıq yaradılması istiqamətində fəaliyyətsizliyi səbəbindən yerli terrorçular Sietli ələ keçiriblər.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
Son xəbərlər
Bütün xəbərlər »