Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taro Yamomoto seçicilərə Tokio olimpiadasının ləğvini vəd etdi

Yaponiyanın paytaxtı Tokioda qubernator postuna namizəd olan Taro Yamomoto maraqlı təkliflə çıxış edib.

"Report" "Kyodo"ya istinadən xəbər verir ki, o, seçiləcəyi təqdirdə Tokio olimpiadasını ləğv edəcəyini söz verib.

Tokioda qubernator seçkiləri iyulun 5-də olacaq. Hazırda bu vəzifəni icra edən Yuriko Koike də namizəd olduğunu bildirib. O, açıqlamasında koronavirus pandemiyası səbəbindən gələn ilin yayına təxirə salınan olimpiadanın təhlükəsiz şəraitdə keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »