Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çexiya səfiri Rusiya XİN-ə çağırıldı

Çexiyanın Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bununla bağlı ətraflı məlumat hələlik verilmir.

Qeyd edək ki, aprelin sonunda Çexiyanın həftəlik “Respekt” qəzeti paytaxt Praqaya diplomatik pasportu olan bir rusiyalı kişinin gəldiyini bildirmişdi. Qəzetin məlumatına görə, həmin şəxsin Praqaya səfərinin məqsədi üç çexiyalı siyasətçini zəhərləmək olub. Belə ki, həmin siyasətçilərin sovet marşalı İvan Konevin abidəsinin dağıdılmasında və abidənin olduğu meydanın məşhur rusiyalı müxalifətçi, mərhum Boris Nemtsovun adına dəyişdirilməsində əli var.

Məlumata görə, Çexiyanın baş naziri Andrey Babiş hökumətin iki rusiyalı diplomatın ölkədən xaric edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bədniyyətli diplomat ətrafında yayılan məlumatları şayiə adlandırıb.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »