Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacirdən 6 kiloqrama yaxın heroin aşkarlanıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Bizimyol.info xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayonunun Gendərə kənd sakini Vüsal Kazımov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış keçirilərkən yardımçı tikilinin arxa tərəfində gizlətdiyi 1 ədəd sellofan bağlamada çəkisi 5 kiloqram 800 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »