Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirusa yoluxanların sayı artır

Çində son sutka ərzində daha 49 nəfərdə koronavirus aşkarlanıb, 1 pasiyent sağalıb, ölən olmayıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, 57 yoluxma halından 39-u ölkə daxilində (otuz altısı Pekində, üçü Hubey əyalətində), 10-u isə xaricdən gələn şəxslərdə (dördü Sıçuan əyalətində, biri Şanxayda, ikisi Çuntsində, biri Futszyanda, biri isə Şensi əyalətində) aşkarlanıb.

Ölkənin tibb müəssisələrində 177 nəfərin müalicəsi davam etdirilir.

Çində ümumilikdə 83 181 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 370 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »