Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tovuzda istirahət mərkəzində qətl törədən şəxsin məhkəməsi başlayır

Tovuzda qətl törətməkdə təqsirləndirilən Fəxrəddin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Asif Eldam oğlu mübahisə zəminində rayon sakini Fəxrəddin Məmmədov tərəfindən ürəyindən bıçaqlanaraq öldürülüb.

İlkin məlumatlara görə, hadisə Kür çayı ətrafındakı kafelərdən birində istirahət zamanı baş verib. Belə ki, öldürülən Asif İbrahimov dostu ilə yeyib-içən zaman onların məclisinə qətli törədən F.Məmmədov və dostları yaxınlaşıb.

Bir müddətdən sonra tərəflər arasında mübahisə baş verib. Asif İbrahimov öncə döyülüb, daha sonra isə öldürülüb.

Qətli törədən F.Məmmədov hadisədən dərhal sonra ərazidən uzaqlaşıb. Tovuz rayon Polis Şöbəsi əməkdaşları onun yerini 4 saat aparılan axtarışdan sonra müəyyən edərək həbs edib. F.Məmmədov ilkin ifadəsində qətli törətdiyini etiraf edib.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq tədbirləri davam etdirili

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »