Ceyranbatan su anbarının yaxınlığında yanğın söndürülüb.
Bizimyol.info-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın FHN-nin qüvvələri tərəfindən saat 17:13-də söndürülüb.