Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda suyun gəlməməsi ilə bağlı açıqlama

Bir neçə gündür Bakı şəhərinin bəzi ərazilərində içməli suyun gəlməməsi sakinlərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib ki, suyun verilişində yaranan problemin səbəbi havaların istiləşməsi və suya olan tələbatın 40%-ə yaxın artması ilə əlaqədardı:

Anar Cəbrayıllı Anar Cəbrayıllı

“Buna görə bəzi ərazilərdə qrafiklər pozulub, suyun təzyiqi aşağı düşüb. Artıq bunların böyük hissəsini həll etmişik. Xırdalan şəhəri, Yeni Günəşli qəsəbəsi, Xətai rayonu, Sabunçu rayonunun böyük hissəsində içməli suyun verilişi ilə bağlı problem həllini tapıb”

A.Cəbrayıllının sözlərinə görə, hazırda Suraxanı rayonunun Bahar bağları adlanan ərazisində, Sabunçu rayonundakı bəzi yeni yaşayış massivlərində və s. yerlərdə problemin həlli istiqamətində işlər davam etdirilir:

“Həmin ərazilərdə fərdi şəbəkələrdir. Onlar tikinti normalarına uyğun gəlmir. Vətəndaşlar tərəfindən fərdi xətlərlə çəkilib və burada tələbar artanda müəyyən problemlər yaranır. Həm bizim mütəxəssislərin apardığı tənzimlənmə işləri, həm də mənbədən suyun artırılması ilə problemin həlli istiqamətində işlər aparılır”.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »