Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ” "Səbail"lə üç hissə oynayıb, dörd qol vurub

Mövsümün bərpası üçün hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün ikinci yoxlama görüşünə çıxıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın lideri autsayderlər zonasında qərarlaşan "Səbail"i sınağa çəkib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 3 hissədən ibarət olub. Matçda hesabı qonaqlar açıb. Bahadur Həziyev erkən qolla son çempionu məyus edib.

Qurban Qurbanovun yetirmələri artıq ilk yarıda oyunda dönüş yaratmağa müvəffəq olub. Mahir Emreli və Ovusu Kvabenanın qolları ilə ağdamlılar fasiləyə üstün yollanıb. İkinci hissədə yalnız bir qol vurulub. Qara Qarayev son dəqiqədə fərqi iki topa çatdırıb.

Üçüncü hissə də Premyer Liqanın liderinin üstünlüyü şəraitində keçib. Qarşılaşmada son nöqtəni Filip Ozobiç qoyub - 4:1. Bu, “Qarabağ”ın fasilədən sonrakı yoxlama oyunlarındakı ardıcıl ikinci qələbəsi olub.

Qeyd edək ki, ilk yoxlama görüşü çərçivəsində iyunun 9-da "Qarabağ" "Sabah"ı darmadağın edibsə (5:0), ertəsi gün "Səbail" "Zirə" ilə qollu bərabərə (2:2) qalıb.

Yoxlama görüşü

13 iyun

19:30. "Qarabağ" - "Səbail - 4:1

Qollar: Mahir Emreli, 24, Ovusu Kvabena, 42, Qara Qarayev, 90, Filip Ozobiç, 116 - Bahadur Həziyev, 7

Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »