Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DSMF-nin iki yüksək vəzifəli əməkdaşı həbs edilib

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz Rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözügedən qurumda çalışan Elçin Ələkbərov saxlanılıb.

Adıçəkilən şəxslər işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər. Hər iki şəxs hazırda vəzifə səlahiyyətlərini aşdığına görə həbs olunub.

Bundan əlavə, DSMF-nin Kəpəz Rayon Şöbəsinin rəisi Ülfət Əhmədov da tutduğu vəzifədən azad olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.(apa)

Paylaş »
››› "Ərdoğan Məhəmməd peyğəmbərə görə Rasmussenə də veto qoymuşdu"
››› Putinin yaxın dostuna ağır zərbə
››› Ukrayna müharibənin bitməsi üçün iki şərtini açıqlayıb
››› Türkiyənin haqlı tələbi NATO-nu dalana dirəndirib: Ağ Evdən "F-16" açıqlaması
››› Rusiya lazer silahı ilə hədələdi, ardınca bu silahın "nağıl" olduğu üzə çıxdı
››› Rusiyada tragikomediya: Pioner və komsomol təşkilatlarını bərpa edirlər
››› Rusiya Kalininqradı itirir: NATO Baltik dənizinə qüvvə cəmləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »