Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə yol qəzası olub, xəsarət alanlar var

Şəkidə baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Vərəzət kəndində baş verib.

Şəki sakini Şirxan Mikayılovun idarə etdiyi "Hyundai Sonata" markalı minik avtomobili ilə Elçin Məmmədovun sükanı arxasında olduğu "QAZel" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan sərnişin, 19 yaşlı Həsən Əhmədov ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Qəza zamanı daha 4 nəfər xəsarət alıb və hər birinə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »