Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu bəyanat diplomatik rüsvayçılıqdır, Ermənistanın sərt məğlubiyyətidir...”

Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından deputatı Naira Zöhrabyan Avropa Parlamentinin üç deputatının Qarabağa çəkilməsi planlaşdırılan üçüncü yol barədə iyunun 10-da verdikləri bəyanatı rəsmi Yerevanın tam diplomatik məğlubiyyəti adlandırıb.

“Avropa Parlamentinin Ermənistan və Azərbaycan məsələləri üzrə daimi məruzəçiləri, o cümlədən Avropa Parlamenti-Ermənistan parlament əməkdaşlığı üzrə Komitəsinin həmsədri təhlükəli və biabırçı bəyanat yayıblar”,-Zöhrabyan özünün Facebook səhifəsində bildirib. O, xatırladır ki, bəyanatda Dağlıq Qarabağ və ona bitişik ərazilər işğal edilmiş ərazilər kimi tanınır, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu vurğulanır.

“Mən Avropa Parlamenti-Ermənistan parlament əməkdaşlığı üzrə Komitəsinin keçmiş həmsədri kimi, həmin komitədən heç vaxt bu cür açıq-aşkar antierməni bəyanata rast gəlməmişdim. Hətta həmin komitənin sədrinin qatı azərbaycanpərəst mövqeyi ilə tanınan Sadjad Kərim olduğu vaxtlarda belə. Hətta Kərimi də biz mümkün konstruktiv məkana çəkə bilmişdik”,-erməni deputat bildirib.

N.Zöhrabyan qeyd edir ki, həmin bəyanatla bağlı hakim çoxluğun siyasi komandasında hansısa başadüşülməyən və xaotik hərəkətlər müşahidə olunur, bu biabırçı bəyanata görə günahkar axtarmağa çalışırlar.

“Mənim təsəvvürümə görə, onlar günahkar kimi həmin komitənin həmsədri Arman Yeqoyanı günahkar təyin etmək istəyirlər, bu da ən azından gülməlidir. Çünki həmin bəyanat diplomatik rüsvayçılıqdır, bizim bütün xarici siyasət korpusumuzun sərt məğlubiyyətidir. Bundan daha betər antierməni bəyanatı təsəvvür etmək çətindir. Həmin bəyanat Minsk Qrupunun həmsədrlərinə qarşıdır və onların paket həll təklifinə ziddir”,-Zöhrabyan belə yazıb.(virtualaz.org)

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »