Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadiyyat Nazirliyi monitorinqləri davam etdirir

İqtisadiyyat Nazirliyi xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə monitorinqlərı davam etdirir.

"Report" xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, iyunun 12-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda Nizami Nəbiyevə, Ülvi Vəliyevə, Mohammedesmail Gitipazhouha məxsus “Mərmər” mağazalarında, “Gold dent” pərakəndə ticarət obyektində, Nəsimi rayonunda Həsən Əliyevə məxsus “Parfümeriya” mağazasında, Yasamal rayonunda “Penti Geyim mağazası”nda, “Caspian market”də, “Frish cafe”də, “Zeytun Aptek”də, "Epidibiomed" MMC-yə məxsus “Aptek”də, Səbail rayonunda “Rio” pərakəndə ticarət obyektində, “Hottqand mağazası”nda, “Avropa Aptek”də, Sabunçu rayonunda “Ay Store Market”də, Nizami rayonunda “Oba market”də, Abşeron rayonunda “Bol market”də, “Nur mobile”da, “Tez-bazar”, “Çiçəyim gül salonu”, “İnşaat Materialları” ticarət və xidmət obyektlərində, Mənsur Məmmədova məxsus “Kafe”də, Novruz Əliyevin “Bakı kafesi”ndə, Ağdaş rayonunda “Əziz inşaat”, “Angel geyim”, “Soliton” mağazalarında, “Estella gözəllik”, “Sabina gözəllik” salonlarında, “Lion pub çay” ictimai iaşə obyektində, Füzuli rayonunda Səyavuş Hacıyevə məxsus pərakəndə satış, Hafiz Zeynalova məxsus tikinti materiallarının satışı mağazalarında, Qusar rayonunda "Real market"də, "Aİləvi çay evi”ndə, "Puls" MMC-nin "Aptek"ində, Daşkəsən rayonunda “Arzu market”də, “Aptek Dokta”da, İsmayıllı rayonunda “Sərhəd Market”də, “Girdiman Market”də, “Xəyal Market”də, “Orxan Market”də, “Green Park”, “Soyuq Bulaq” istirahət mərkəzlərində, “Aptek Zeytun 4”də, Masallı rayonunda “Usta Evi” təsərrüfat malları mağazasında, Vüsal Mirişovun “Market”ində, Söhbət Sultanovun pərakəndə ticarət obyektində, ümumilikdə monitorinq aparılmış 383 obyektin 155-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Mayın 22-dən iyunun 13-nə qədər 5 759 sahibkarlıq subyektində monitorinq keçirilib, 2528 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
Son xəbərlər
Bütün xəbərlər »