Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polisin rayona gedənləri yoxlamadan buraxması barədə xəbərlərə rəsmi reaksiya

Xəbər verdiyimiz kimi, bu gün Bakının çıxış nöqtələrində böyük tıxac yaranıb. "Qafqazinfo"nun məlumatına görə, bununla bağlı məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilir ki, sürücülər 1 saatdan artıq müddətdə tıxacda gözləyiblər. Tıxac əsasən də Bakı-Ələt postunda müşahidə edilib. 1 saat tıxacda gözləyən sürücülər isə sonda heç bir yoxlama olmadan postu tərk ediblər.

Hadisə şahidlərindən biri də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü deputat Naqif Həmzəyev olub. N.Həmzəyev "Qafqazinfo" ya bildirib ki, o da 1 saatdan artıq müddətdə Bakı-Ələt postunda tıxacda gözləyib: "Avtomobillərin çoxu 1 saat gözlədiklərinə görə nasaz vəziyyətdə yolda qalıb və onlara dəstək olmadığından tıxac yaranıb. Əksər avtomobillər yük maşınlarının yolundan istifadə edirlər. Bu proses də tənzimlənmədiyindən tıxac daha da uzanır".

"Qafqazinfo" məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, maşınların yoxlanılmadan postdan buraxılması halı mümkün deyil: "Ancaq Bakı-Ələt postunda nəqliyyat vasitələrinin sıxlığı həqiqətən də müşahidə olunub. Biz rayon qeydiyyatı olmayan, o cümlədən Bakı şəhərini tərk etməyə icazə olmayanların rayona getməmələri barədə çağırış etdik. Buna baxmayaraq rayon istiqamətinə kütləvi axın var. Cənub, qərb və şimal istiqamətlərində də postlarda hazırda sıxlıq yaşanır. Amma yoxlanış aparılmadan nəqliyyat vasitələri buraxılmır. Kütləvi şəkildə avtomobillərin yoxlanılmadan buraxılması barədə məlumat bizə daxil olmayıb. Bu gün əsas etibarilə kimin Bakı, Sumqayıt, Abşeron şəhərini tərk etməklə bağlı icazəsi varsa, onlar postlardan buraxılır".

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »