Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan sağalan paytaxt sakini: Sanki ölü idim

Koronavirusa yoluxan zaman ilk üç gün ərzində özümü çox pis hiss edirdim, sanki ölü idim.

Bunu Trend-ə açıqlamasında koronavirus xəstəliyindən sağalan 1979-cu il təvəllüdlü Elçin Hüseynov bildirib. Onun sözlərinə görə, virus bütün ailədə aşkarlanıb, hamı sağalsa da, atasını xilas etmək mümkün olmayıb:

“Xəstəliyin ilk simptomlarını Gəncədən Bakıya qayıdarkən hiss etdim. Bədənimdə üşütmə yarandı və maşını idarə edə bilmədiyimdən sükan arxasına atam keçdi. Bakıya gələndən bir neçə gün sonra xəstəlik ağırlaşdığından təcili tibbi yardım çağırdıq və bizdən analizlər götürdülər. İlk analizlərin cavabında atam, anam və məndə neqativ çıxdı, ancaq 6 yaşlı oğlum və yoldaşımda pozitiv oldu. Onları dərhal Qara Qarayev adına xəstəxanaya yerləşdirdilər”.

Elçin Hüseynov - Koronavirusdan sağalan Elçin Hüseynov

E.Hüseynov qeyd edib ki, bir müddət sonra valideynləri və özündə vəziyyət ağırlaşıb, nəticədə onları Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirdilər:

“Bir müddət Ağciyər Xəstəlikləri İnstitutunda qaldıqdan sonra atamla məni Mərkəzi Neftçilər Xəstəxanasına köçürdülər. Təəssüf ki, atam müalicəsinin 15-ci günündə dünyasını dəyişdi. Anam Ağciyər Xəstəlikləri İnstitutunda 16 gün müalicə olunduqdan sonra sağaldı və onu evə buraxdılar, mən isə 27-ci günümdə evə yola salındım”.

Elçin Hüseynov əlavə edib ki, müalicə dövründə onda əsasən bronxlarda problem olub, ancaq fədakar həkimlərin sayəsində o, bu günləri geridə qoyub:

“Xəstəliyin ilk üç günündə vəziyyətim çox pis idi, sanki bir ölü idim. Ancaq Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri bizimlə öz doğmaları kimi davranırdılar. Daim yanımızda idilər, bütün gücləri ilə bizə yardım olurdular. Ümumiyyətlə, belə başa düşdüm ki, bu xəstəlik hər bir insanda müxtəlif formada özünü göstərir. Belə ki, məndə ümumiyyətlə qızdırma olmadı, yalnız bronxlarımda problem var idi. Atamda isə xəsətlik qızdırma ilə özünü göstərmişdi"

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
Son xəbərlər
Bütün xəbərlər »