Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evə basqın edən maskalı şəxslər tutulub

Şirvanda evə basqın edən şəxslər tutulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də gecə saat 01.00 radələrində mənzillərdən birinə basqın edərək pul və qızıl üzük aparan şəxslər saxlanılıb.

İstintaqla müəyyən edilib ki, naməlum şəxslər Şirvan şəhər sakini, 79 yaşlı Xudaverdiyev İnqilab Əsgər oğlunun yaşadığı evə basqın edərək ev sahibinin ağzını, əllərini və ayaqlarını yapışqanla bağlayıb, sonra onu döyüb, evdən 2200 manat pul və qızıl üzük götürərək hadisə yerindən qaçıblar.

Həyata keçirilən tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinənlər - Şirvan sakinləri, 1983-cü il təvəllüdlü Baxşıyev Baxış Şirindil oğlu, 1985-ci il təvəllüdlü Əhmədov Elsevər Elman oğlu və əvvəllər məhkum olunan, 1977-ci il təvəllüdlü Məmmədov Rüstəm Yavər oğlu tutulublar.

İstintaqla müəyyən edilib ki, basqınında iki nəfər iştirak edib. Üçüncü şəxs isə basqın anında ev sahibinin oğlunu evdən yayındırmaq üçün restorana aparıb və orda yeyib-içiblər.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »