Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən Azərbaycana daş klarnetlər ixrac olunur

Türkiyənin Ordu vilayətində bir neçə il əvvəl vəfat edən məşhur klarnet ustası Əhməd Özdəmirin sənətini hazırda nəvələri davam etdirir. Altınordu içləsində emalatxana açan Özdəmir qardaşları zeytun, gavalı və digər ağac növlərilə yanaşı daşdan da hazırladıqları musiqi alətlərini müxtəlif ölkələrə, o cümlədən Azərbaycana ixrac edirlər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 100 kvadrat metrlik bir emalatxanada sifarişlərə uyğun olaraq klarnet istehsal edən qardaşlar həm də, yararsız hala düşmüş alətləri bərpa edirlər.

Klarnet ustası Erman Özdemirin sözlərinə görə, ilk dəfə babaları Ə. Özdəmir mərmərdən klarnet düzəldib. Onlar da daşdan klarnet hazırlanmasına 2015-ci ildən başlayıblar. Ustaların hazırladıqları musiqi alətinə, xüsusən daş klarnetə xaricdən sifariş böyükdür: "Babamız bu peşəni bizə çox gənc yaşlarında öyrədib. Ondan çox şey öyrəndik və bu günə gəldik. Daşdan düzəldilmiş klarnetlərin hazırlanması olduqca çətindir. Çünki daş çox sərt materialdır. Ancaq babamın hazırladığı üsuldan istifadə edərək işin öhdəsindən gəlirik. İndiyə qədər bir çox məşhur sənətkarlar bizim müştərimiz olub. ABŞ, Fransa, Almaniya, Azərbaycan və ərəb ölkələrinə məhsullar göndəririk və yeni sifarişlər alırıq”.

Daş klarnetinin incə sənətkarlıq tələb etdiyini vurğulayan Özdemir bunun ağacdan hazırlananlardan daha gözəl olduğunu, həm də musiqi alətinə mikrobların keçmə ehtimalının yoxluğunu bildirib. Usta həmçinin qeyd edibki, təmizlənməsi də çox asan olan daşın rəngi solmur.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »