Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Fərqində olmadığımız dəhşətli günlər yaşayırdıq”

“Mən 1993-cü ildə Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim işləyirdim. Həmin ilin 4 iyun qiyamı ilə bağlı hadisələr gözümün qabağına gələndə, düşünürəm ki, fərqində olmadığımız dəhşətli günlər yaşayırdıq”.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov qeyd etməyə hazırlaşdığımız 15 iyun – Milli Qurtuluş Günündən bəhs edərkən deyib.

O bildirib ki, həmin zamanlar Azərbaycan dövlət olaraq yer üzündən silinmək təhlükəsi ilə üz-üzə idi.

İ.Məmmədov qeyd edib ki, vətəndaş müharibəsinin başlanması ölkəni məhvə sürükləyirdi.

Millət vəkilinin sözlərinə görə, qədirbilən xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük bəladan qurtardı.

“Ümummilli lider Heydər Əliyev Bakıya gəldi və ölkəni xilas etdi. 15 iyunda isə ulu öndərimiz parlamentə sədr seçildi. Bu, Azərbaycanın müstəqilliyinin daimi və əbədi olmasını şərtləndirdi”, - deyə İ.Məmmədov əlavə edib.

Parlamentari söyləyib ki, Heydər Əliyev hakimiyyətə gələndən dərhal sonra Azərbaycanın inkişaf konsepsiyasını bəyan etdi:

“Çox qısa zamanda dünya ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirlərini qəbul etdi. Azərbaycan xalqı 15 iyunu – ulu öndər Heydər Əliyevin parlamentə sədr seçilməsi gününü bayram edir. Ölkəmizin inkişaf yolunun fəlsəfəsi məhz 15 iyun – Milli Qurtuluş Günündən keçir”.

İ.Məmmədov Heydər Əliyev hakimiyyətə gələnə qədər ölkədə baş verən hadisələrdən də danışıb, deyib ki, AXC-Müsavat cütlüyünün səriştəsizliyi ölkəni məhvə aparırdı:

“AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanında separatçılıq baş qaldırırdı, torpaqlarımız işğal olundu. Ölkədə vətəndaş müharibəsi gedirdi. Ulu öndərimiz isə bütün bunlara son qoydu – bunu yalnız Heydər Əliyev bacara bilərdi”.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »