Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qobustanda kürəkən qayınatasını və qaynını bıçaqlayıb

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Ərəbqədim kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Niyazov Zaur Nuhbala oğlu ailə münaqişəsi zəminində qayınatası, 1955-ci il təvəllüdlü Qəhrəmanov Əhliman Şəkər oğlunu və qayını, 1990-cı il təvəllüdlü Qəhrəmanov Nurlan Əhliman oğlunu bıçaqlayıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən iki uşaq atası Zaur Niyazov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »