Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oyuncaq pul barədə verdiyi sual səkkiz yaşlı uşağın başına oyun açdı

İsveçrədə səkkiz yaşlı uşağın adı 2032-ci ilə qədər polisin məlumat bazasına salınıb. Səbəbi isə onun kənd dükanında satıcıdan oyuncaq pulla ödənişə icazə verilib-verilməyəcəyi barədə soruşması olub.

Bu barədə “Basler Zeitung” nəşri xəbər yayıb.

Bildirilir ki, kimliyi açıqlanmayan uşağın adı bazada 21 yaşına qədər saxlanılacaq.

Məlumata görə, uşaq 10 yaşlı qardaşı və yaşı qeyd olunmayan qonşusu ilə birlikdə dükana gedib. Uşaqlardan kiçiyi satıcıdan soruşub ki, Çinin oyuncaq pulu ilə ödəniş edə bilərmi?

Uşaqda üzərində Çin heroqlifi olan avro (Polis hesabatlarında bu “oyuncaq pul” kimi qeyd edilib) olub. Mağaza əməkdaşları pulun saxta olduğunu görərək, polisə müraciət ediblər.

Hadisədən bir ay sonra “saxta pulla ödəniş cəhdi”nə görə uşaq barəsində yoxlamalara başlanılıb. Onların evində axtarış aparılıb və 5, 10, 20 və 50 avro nominallı daha bir neçə oyuncaq əsginaz aşkarlanıb.

Polis hesabatında bildirilib ki, hüquq mühafizəçiləri gələcəkdə baş verə biləcək cinayətlərin qarşısını almaq üçün oyuncaq pulları müsadirə edib.

Eyni zamanda, asayiş keşikçiləri vəkilin iştirakı olmadan uşağı və qardaşını sorğu-sual edib, onların şəklini çəkib. (Oxu.az)

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »