Ukrayna Prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelenanın koronavirusa yoluxması ilə əlaqədar xüsusi iş rejiminə keçir.
“Qafqazinfo”xəbər verir ki, bu barədə Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.
“Konstitusiyaya uyğun olaraq, Prezident öz səlahiyyətlərini heç kimə verə bilməz. Zelenskinin sağlamlıq vəziyyəti ona xidməti vəzifələrini yerinə yetirməyə imkan verir. Dövlət başçısına koronavirus testi edilib - o, mənfi nəticə verib”, - məlumatda deyilir.
Ukrayna Prezidenti Ofisində bildiriblər ki, Zelenski ünsiyyət dairəsini məhdudlaşdırır, iclasları onlayn rejimə keçirir. Dövlət başçısı ilə şəxsi ünsiyyəti nəzərdə tutan əyani görüşlər ləğv edilir.
Zelenski, həmçinin kütləvi tədbirlərdə iştirak etməyəcək və xarici ölkələrə rəsmi səfərlərə getməyəcək.