Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çindən vəhşi heyvan ticarətini birdəfəlik qadağan etmək tələb olunur - Video

Çinə vəhşi heyvan ticarətini dayandırmaq üçün təzyiq göstərilir. Elm adamları hələ də Vuhandakı heyvan bazarının koronavirusu yayması şübhəsindən uzaqlaşmayıb. Virusun yarasalardan yayılmağa başlaması haqda hələ də müzakirələr gedir.

Bizimyol.info xəbər verir ki, Çindən vəhşi heyvanların ticarətini qadağan etmək tələb olunur. Hərçənd, yanvardan Asiya ölkəsində heyvan bazarlarını bağlamağa başlamışdılar. Son vaxtlar isə həmin yerlərin yenidən işə düşməsi ciddi narahatlıq doğurur. Xüsusilə Qərb ölkələri Çinə güvənmir. Ümumi fikir belədir ki, Asiya dövləti vəhşi heyvan bazarlarını bağlamağa çarəsizlikdən razılaşır, proses müvəqqəti xarakter daşıyır və əslində, ortada istək yoxdur.

Araşdırmaya görə, indi Çində yüzlərlə vəhşi heyvan bazarı fəaliyyətini davam etdirir. Bu ticarət yerlərinin günlük dövriyyəsi 7 milyard dollara çatır. Mütəxəssislər daha böyük təhlükənin söhbət mövzusu olduğunu düşünür.

Çin vəhşi heyvan ticarətini həm də yoxsulluğun qarşısını almaq üçün dəstəkləyir. Pandemiyaya görə həmin yerlərin bağlı qalması kommunist rejimə sərf etmir. İş orasındadır ki, təkcə bazarlar bağlanmır, həm də vəhşi heyvanların saxlanıldığı təsərrüfatlar işini dayandırır. İnsanlar işini və gəlirini itirir.

Heyvan haqlarının müdafiəsi ilə məşğul olan Qreys Ge Qabriel deyir ki, Çin hökuməti işsiz və gəlirsiz qalan heyvan ticarətçilərini pandemiya dövründə saxlamaq məcburiyyəti ilə üzləşib. Asiyada isə belə iradə ortaya qoymaq istəmirlər. Mütəxəssislərdən Peter Li də belə düşünür. O, koronavirusu son 70 ildə Çin üçün iqtisadi baxımdan ən böyük zərbə sayır.

İndi Çindən daha çox heyvan ticarətinin qadağan olunması ilə bağlı qanunvericiliyin tənzimlənməsi tələb edilir. Asiya dövləti isə sanki hamını yola verməyə çalışır.

Paylaş »
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »