Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübariz Mənsimova qarşı rəsmi ittiham irəli sürülüb

Martın 17-də həbs edilən iş adamı Mübariz Mənsimova qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.

“Report” xəbər verir ki, İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittiham aktında müttəhim Mübariz Mənsimovun və onun əlaqədə olduğu şəxslərin fəaliyyətləri barədə araşdırma aparıldığı bildirilib.

İttihamda Mübariz Mənsimovun FETÖ/PDY silahlı terror təşkilatının Rusiyadakı məktəblərinə pul köçürdüyünə dair internet vasitəsilə araşdırma aparıldığı qeyd olunub. Araşdırma nəticəsində “Atlantic İnternational School” adlı məktəbin idarə heyəti üzvlərinin adlarının və fotoşəkillərin olduğu veb-link görüntülərində M.Mənsimovla yanaşı təşkilat üzvü və rəhbəri, axtarışda olan Akın İpek, Harun Tokak və İhsan Kalkavanın da olduğu bildirilib.

İttiham aktında M.Mənsimovun FETÖ/PDY lideri Fətullah Gülənin qardaşı oğlu Səlman Gülən ilə də əlaqələrinin olduğu qeyd edilib.

İş adamının “silahlı terror təşkilatına üzv olmaq” cinayətinə görə 7 il 6 aydan 15 ilə qədər həbs cəzası istənilib. İddianamə İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

Təqsirləndirilən şəxslərin işi üzrə məhkəmə prosesi yaxın günlərdə başlayacaq.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »