Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Prezidentinin xanımı koronavirusa yoluxub

Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.

“Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın COVID-19 analizinin nəticəsi müsbət çıxıb. Birinci xanım özünü yaxşı hiss edir və onda xəstəliyin simptomları yoxdur. Xanım Zelenskaya hazırda ev şəraitində müalicə olunur və o, ailə üzvlərindən təcrid olunub”, - deyə məlumatda bildirilib.

Prezident V. Zelenski və övladları da COVID-19 analizi verib, lakin onların analizlərinin nəticələri mənfi olub.

Y. Zelenskayanın hansı şəraitdə infeksiyaya yoluxması barədə məlumat verilməyib.

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
››› Türk hərbçiləri Ağdamda...
Son xəbərlər
Bütün xəbərlər »