Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gənclər nazirliyin qarşısında aksiya keçirməyi planlaşdırıb

Bakı Şəhər İcra Hakimiyyəti bir qrup gəncin Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirməklə bağlı müraciətinə cavab verib.

Bizimyol.info xəbər verir ki, icra hakimiyyəti 16 iyun tarixdə planlaşdırılan aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.

Qeyd edək ki, bir qrup gənc Yasamal rayonunda polislə vətəndaş arasında baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırıb. Belə ki, Natavanın heykəlindən nazirliyinin inzibati binasının qarşısına yürüşlə etiraz ediləcəyi gözlənilirdi. Müraciətdə yürüş zamanı aksiya iştirakçılarının sosial məsafəni qoruyacağı, tibbi maska taxacağı qeyd edilmişdi.

Yürüşün təşkilatçısı Bakı Şəhər İcra Hakimiyyətinin cavabından məhkəməyə şikayət olunacağını və bundan asılı olmayaraq 16.06.2020-ci il tarixdə, saat 14:00-da karantin qaydalarını qorumaqla və sivil şəkildə aksiya keçiriləcəyini bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »