Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda həkim koronavirusdan dünyasını dəyişib - Foto

Həkim Mehman Hüseynov koronavirusdan həyatını itirib.

Virtualaz.org bildirir ki, bu barədə iyunun 11-də vəfat edən Gəncə xəstəxanasının travmatoloqu Mehman Hüseynovun həmkarı Vüsal Tairov öz Facebook səhifəsində yazıb.

Mehman Hüseynov - Həkim Mehman Hüseynov

Məlumata görə, bir müddətdir, koronavirus infeksiyasından Bakıda xüsusi təyinatlı xəstəxanada müalicə alan 1970-ci il təvəllüdlü travmatoloq ortoped Mehman Hüseynov dünən vəfat edib.

Qeyd edək ki, travmatoloq daha öncə Mingəçəvir Şəhər Mərkəzi Xəstəxanası və Yeni Gəncə Tibb Mərkəzində fəaliyyət göstərib. O, Çernobıl qəzasının nəticələrinin ləğv ediməsi prosesinin və Qarabağ müharibəsinin iştirakçısı idi.

Onu da xatırladaq ki, M. Hüseynov Azərbaycanda koronavirus səbəbindən dünyasını dəyişən üçüncü həkimdir.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »