Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya, Braziliya Azərbaycandan tibbi maskalar idxal etmək istəyir

“Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılmış tibbi maska istehsalı müəssisəsində bu günədək 4 mln ədəd tibbi maska istehsal edilib. İstehsal edilmiş 2 mln ədəd tibbi maska satılıb, qalanı isə ehtiyatda saxlanılır”.

“Report” xəbər verir ki, bu barədə müəssisənin təsisçisi Səkinə Babayeva bildirib.

Onun sözlərinə görə, müəssisə gündəlik təlabata uyğun məhsul istehsal etmək gücünə malikdir: “Müəssisəyə xammal Türkiyədən gətirilir və yüksək keyfiyyətə malikdir”.

S.Babayeva tibbi maska ixracı ilə bağlı məsələyə münasibət bildirib: “Braziliyadan, Almaniyadan tibbi maska idxalı ilə bağlı təkliflər almışıq. Lakin əsas hədəfimiz daxili təlabatı ödəməkdir. Ölkədə təlabat ödənildikdən və ehtiyat fondu yaradıldıqdan sonra, tibbi maskaların xaricə satışına icazə verildikdən sonra ixracla bağlı məsələni nəzərdən keçirəcəyik”.

Qeyd edək ki, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. İstehsalçıya İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat məbləğində güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün ümumi investisiya xərcləri 3,9 milyon manat təşkil edir.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »