Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: "Şagirdlərin sağlamlığı bizim üçün ən önəmli məsələdir"

Təhsil naziri Ceyhun Bayramov XI sinif şagirdlərini, müəllimləri və valideynləri “Son zəng” münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, nazir virtual “Son zəng”də çıxışı zamanı bildirib: "Bilirik ki, bu günü səbirsizliklə gözləyirdiniz. Etiraf edim ki, sizin üçün unudulmaz olan “Son zəng”i arzuladığımız kimi keçirə bilməməyimiz bizi də məyus edir. Lakin bunun səbəbi bütün dünyada baş verən pandemiyanın gətirdiyi yeni bir reallıqdır. Sizin sağlamlığınız bizim üçün ən önəmli məsələdir".

Nazir deyib ki, bu tədris ilinin ikinci yarımilindən şagirdlər doğma məktəblərindən, müəllimlərindən, müəllimlər isə şagirdlərindən ayrı düşməli oldular:

“Bilirik ki, məktəb hər bir şagird və müəllim üçün ikinci evi qədər doğmadır. Lakin bizim müəllimlərimizin yorulmaz fəaliyyəti nəticəsində bu ayrılıq bir o qədər hiss olunmadı. Fürsətdən istifadə edərək, pandemiya şəraitində təhsil prosesinin fasiləsizliyini təmin etmək üçün səylərini əsirgəmədən fədakar çalışan müllimlərimizə öz dərin təşəkkürümü bildirmək istərdim. Onlar öz şəxsi qayğılarını unudaraq televiziya vasitəsilə evdən virtual dərslər keçməklə hər zaman şagirdlərin yanında oldular, onların təhsili naminə çalışdılar”.

Ceyhun Bayramov bildirib ki, bu dövr valideynlər üçün də bir sınaq oldu: “Min bir əziyyətə qatlaşaraq evdə şagirdlərə müəllimlik etdiklərinə görə, onların hər bir qayğısına böyük səbrlə yanaşdıqlarına görə hörmətli valideynlərimizə xüsusi təşəkkür etmək istərdim. Əziz məzunlar, sizi bir daha ürəkdən təbrik edir, həyatınızın yeni mərhələsində sizə uğurlar arzu etmək istərdim. Yolunuz açıq olsun!”

Nazir rəmzi “Son zəngi” öz oxuduğu məktəbdə səsləndirib.

Paylaş »
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
Son xəbərlər
Bütün xəbərlər »