Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Əhmədov: “AXC-Müsavatın yaratdığı anarxiya Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı”

“Müasir Azərbaycan tarixinin ən şərəfli anlarından olan Milli Qurtuluş günündən 27 il ötür”.

“Report”un xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Heydər Əliyevin tarixi qayıdışını ifadə edən Milli Qurtuluş günü Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra tariximizin dönüş nöqtəsini təşkil edib:

“AXC-Müsavat hakimiyyətinin yaratdığı xaos və anarxiya, iqtisadi tənəzzül, 1 600 faizlik inflyasiya, erməni təcavüzünün genişlənməsi, ölkənin cənubunda və şimalında tüğyan edən separatizm, beynəlxalq təcrid və s. müşaiyyət olunan ağır və hərtərəfli böhran yalnız Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı. Bu, sözün əsl mənasında Azərbaycanın və onun müstəqilliyinin xilası demək idi.

1993-cü il iyunun 15-dən başlayan Qurtuluş məfkurəsi Azərbaycanın müstəqil dövlətinin qurulması və onun möhtəşəm inkişafının əsasını təşkil edir. Xalqımız bugünkü sabitlik və əmin-amanlığa, yüksəliş və müasirləşməyə görə Heydər Əliyevin tarixi qayıdışına minnətdardır”.

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »