Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tural Gəncəliyev: "Ermənistanın daha çox zərbə almasının şahidi olacağıq"

“Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Besesku və qurumun Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanatında qeyd olunan fikirlər Ermənistan hakimiyyətinə ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir”.

Bunu APA-ya Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Tural Gəncəliyev sözügedən bəyanatı müsbət sənəd adlandıraraq qeyd edib ki, bu, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə təkan verəcək: “Bəyanatı təhlil etsək, görərik ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti yaxından izlənilir. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırışın əks olunması, sözügedən magistral yolun inşası qərarının Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilməsi və bunun beynəlxalq hüququn pozulması kimi göstərilməsi, bu addımın Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilməsi və bunun etimad, sülh və barışıq mühiti yaratmağa kömək etməməsinin qeyd olunması Ermənistan hakimiyyətinin münaqişənin həllində qeyri-konstruktiv mövqeyini göstərir”.

İcma rəhbəri ötən ilin sonunda bəyanat müəllifləri ilə keçirilən görüşlərdən də danışıb: “Ötən ilin sonunda icma üzvləri ilə birlikdə Brüsseldə səfərdə olarkən bu bəyanatın müəllifləri Rumıniyanın keçmiş prezidenti, Avropa Parlamentinin Ermənistan üzrə məruzəçisi Trayan Basesku, Estoniyanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand ilə çox faydalı görüşlərimiz oldu. Bu görüşlər zamanı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mövqeyini bu şəxslərin diqqətinə çatdırdıq. Bildirdik ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi üzündən uzun illərdi ki, münaqişə həll olunmur və azərbaycanlı köçkünlər öz ata-baba yurdlarına geri qayıda bilmirlər”.

Deputat qeyd edib ki, Ermənistan indiyə qədər müxtəlif vasitələrlə beynəlxalq təşkilatları aldatmağa cəhd göstərib: “Təəssüflər olsun ki, bəzi hallarda buna nail olunub. Hazırkı məqamda isə Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti nəticəsində Ermənistanın bu yalanları ifşa olunur. Hesab edirəm ki, bu proses davamlı olacaq və biz Ermənistanın daha çox zərbə aldığının şahidi olacağıq”.

Paylaş »
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
Son xəbərlər
Bütün xəbərlər »