Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan deyir Azərbaycanla razılıq əldə etmişik, bizimkilər susur"

İyunun 8-də Ermənistanın rabitə naziri Akop Arşakyan məlumat verib ki, radiotezliklərlə bağlı Azərbaycan tərəfi ilə uzun müddətdir heç bir razılığa gəlinə bilmirdi. Lakin son üç görüş səmərəli olub və sərhədyanı ərazidəki 134 tezlik artıq tam bizim( yəni ermənilərin) istifadəmizdədir.

“2019-cu ildə Cenevrədə Beynəlxalq Elektrorabitə İttifaqının (International Telecommunication Union, ITU) əməkdaşlığı ilə 3 görüş keçirsək də, nəticə əldə olunmamışdı. Sərhədlərdəki tezlik müzakirə və mübahisə mövzusuna çevrilirdi. Bakı ilə danışıqlar nəticə vermirdi. Lakin son 3 görüş nəticə verib, hansı tezliklərdən Ermənistanın, hansılardan Azəraycanın istifadə edəcəyinə aydınlıq gətirilib”,- deyə erməni nazir bildirib. Maraqlıdır ki, bu barədə Azərbaycanda heç bir xəbər yayılmayıb.

İqbal Ağazadə İqbal Ağazadə

“Ümid” Partiyasının sədri İqbal Ağazadə Bizimyol.info-ya fikir bildirərək qeyd edib ki, bu məsələnin ictimaiyyətə açıqlanması çox vacibdir, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açıqlama verməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

“Bu sənəd işğal olunmuş torpaqlarımızdakı tezliklərlə bağlıdır və bizim bu barədə heç bir məlumatımız olmayıb. Söhbət 134 tezlikdən gedir və Ermənistan tərəfi sərbıst şəkildə 134 tezlikdən istifadə edəcək. Mənim aldığım məlumata görə, söhbət Dağlıq Qarabağ ərazisindəki FM tezliklərdən gedir. Bu tezliklərə Azərbaycan tərəfi sərbəst istifadə azadlığı əldə edib.İndi Mən nazir Ramin Quluzadədən tələb edirəm cavab versin. Söhbət nədən gedir? O sazişin şərtlərini açıqlasın. Ermənilər deyir biz razılıq əldə etmişik, bizimkilər susur. İctimailəşdirilsin. Razılığa gəldikləri nədir? Mənim informalsiyama görə, söhbət Dağlıq Qarabadakı FM tezliklərdən gedir.

Ramin Quluzadə Ramin Quluzadə

Cənab Ramin Quluzadəyə müraciət edirəm: İşğal olunmuş Azərbaycan ərazilərindəki tezliklər kimin nəzarətindədir? Biz hansı tezliklərlə bağlı razılaşma əldə etmişik? İctmaiyyəti də bu məsələdə diqqətli və tələbkar olmağa çağırıram”.

İlhamə Rəsulova

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »