Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Parlament diplomatiyasının tam iflası...”

Avropa Parlamentinin Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərinə üçüncü yolu çəkmək planlarına qarşı sərt bəyanatı Yerevanda şok effekti yaradıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni hüquq müdafiəçisi, keçmiş ombudsman Larisa Alaverdiyan bunu “parlament diplomatiyasının tam iflası və Ermənistanın milli təhlükəsizliyini təhdid edən hadisə” adlandırıb.

Xəbər verildiyi kimi İyunun 10-da Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.

Avropa Parlamentinin saytında yerləşdirilmiş bəyanatda bu qərarın Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan verildiyi və bunun beynəlxalq hüququn pozulması olduğu qeyd edilir.

“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırırıq”, - deyə bəyanatda vurğulanır.

“Bu bəyanat parlament diplomatiyasının tam iflası, o cümlədən parlamentin xarici əlaqələr komissiyasının işinin tamamilə iflas uğramasıdır, bəyanat erməni tərəfinin ya səhlənkarlığı, ya razılığı ilə qəbul olunub və Ermənistanın milli təhlükəsizliyini təhdid edir”,-Larisa Alaverdiyan belə deyib.

“Bu ya iflasdır, əgər erməni tərəfi bəyanatın qarşısını almağa çalışıbsa və buna müvəffəq olmayıbsa. Yaxud da bu Ermənstan hakimiyyətinin Qarabağ münaqişəsinin nizamlanmasına dair seçdiyi taktikanın və strategiyanın məntiqi nəticəsidir”,-o bildirib.

Alaverdiynın fikrincə, istənilən halda bu bəyanat Ermənistanın və Qarabağın (oradakı rejim nəzərdə tutulur,-red.) maraqlrına və milli təhlükəsizliyinə təhlükədir. O deyib ki, ortaya çıxan bu nəticə Paşinyan hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir.

Qeyd edək ki, bu günlərdə Dağlıq Qarabağdakı qanunsuz rejimin başçısı Araik Arutyunyan işğal altndakı Qubadlı rayonu ərazisinə baş çəkib, onu Ermənistanın infrastruktur naziri müşaiyət edib. Arutyunyan anons edib ki, Ermənistanla Qarabağı birləşdirəcək üçüncü yolun çəkilməsinə hazırlıq gedir. Bu yol Arazboyu Azərbaycan ərazilərini Ermənistanla əlaqələndirəcək. Məqsəd həmin ərazilərdə qanunsuz məskunlaşmanı genişləndirmək və kənd təsərrüfatı torpaqlarını istismar etməkdir.

Rəsmi Bakı müxtəlif səviyyələrdə düşmən ölkənin bu planlarına qarşı bəyanatlar verib. Amma indiki halda Azərbaycanın tamamilə legitim hüququ var ki, həmin yolun çəkilməsinin qarşısını hərbi yollarla da alsın. Bu haqda daha sonra ətraflı şərh verəcəyik.

F.Məmmədov

Virtualaz.org

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
Son xəbərlər
Bütün xəbərlər »