Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən İngiltərəyə xəbərdarlıq - Ziyan vurursunuz...

Rəsmi Ankara İngiltərə ilə Cənubi Kipr arasında Kiprdə yerləşən İngiltərə hərbi bazasının statusunun dəyişdirilməsinə dair razılaşmaya sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bu addmın problemlərə səbəb olacağını bəyan edib.

XİN rəsmisi əlavə edib ki, 2014-cü ildə İngiltərə ilə Cənubi Kipr arasında imzalanan bu anlaşma zamanı 1960-cı il müqaviləsində imzası olan Kiprin türk tərəfini nəzərə almamaq qəbuledilməzdir.

Hami Aksoy əlavə edib ki, rəsmi Ankara bu hadisə ilə bağlı Şimali Kipr Türk Respublikası rəsmiləri tərəfindən verilən açıqlamaları dəstəkləyir: “Bu bölgədə ancaq Kipr yunanları deyil, Kipr türklərinin vazkeçilməz haqq və maraqları var. Qarantyor ölkə kimi Birləşmiş Krallıq bu razılaşmanı həyata keçirməyə başlamaqla Kipr türklərini daha bir dəfə görməzdən gələrək adadakı tərəflər arasında şərtlərə, bərabərlik münasibətlərinə və faktiki olaraq Kipr probleminin həllinə yönəlik cəhdlərə ziyan vurub”.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »