Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi evləri bir avrodan satmağa başlayıb

Koronavirusdan güclü zərər çəkmiş İtaliyada evləri bir avrodan satmağa başlayıblar. İtaliya hökumətinin fikrincə, bu proqram koronavirus pandemiyasından əziyyət çəkən regionlara işçi qüvvəsinin cəlb olunmasına kömək edəcək.

İtaliyanın Kalabriya regionundakı Çinkuefrondi kommunasının yerli hakimiyyəti bələdiyyədə bir avroya güzəştli mənzil alınması üçün "Gözəllik əməliyyatı" adlı proqramı həyata keçirməyə başlayıb.

CNN telekanalının məlumatına görə, region və xüsusilə də daşınmaz əmlak bazarı, koronavirus pandemiyasının nəticələrindən güclü zərər görüb. Bundan başqa, gənc əhalinin böyük şəhərlərə axını problemi də qalmaqdadır. Bölgəyə yeni sakinləri cəlb etmək üçün belə bir proqram təklif edilib.

Çinkuefrondi merinin sözlərinə görə, yeni bir yaşayış yeri kimi onun kommunasını seçməyin üstünlüklərindən biri təhlükəsizlikdir. Bələdiyyədə artıq sakinlər arasında koronavirusa yoluxma hadisəsi qeydə alınmayıb.

Mənzillərin güzəştli alınması üzrə proqramda iştirak etmək üçün əsas şərt satın alındıqdan sonra binanı üç il ərzində təmir etməkdir. Bunun üçün alıcı əvvəlcə 250 avro məbləğində icbari ödəniş etməlidir və sonra təmir işlərinə başlamalıdır. Əgər müəyyən edilmiş müddət ərzində təmir aparılmasa və ya başa çatdırılmasa, alıcı 20 min avro məbləğində cərimə olunacaq.(Sputnik)

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »