Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da etirazçılar sakitləşmir: polisi başından vurublar - Video

Polis əməkdaşının qaradərili Corc Floydu öldürməsindən sonra ABŞ heç cür sakit həyat yaşaya bilmir. Etirazçılar sakitləşmək istəmir.

Bizimyol.info xəbər verir ki, bu gün yerli vaxtla səhər saat 4-də Kaliforniyada iki polis atəşə tutulub. Asayiş keşikçilərindən biri lap ağır yaralanıb. Güllə San Luis Obispo dairəsinin şerif köməkçisinin başına tuş gəlib. Polisləri Meyson Ceyms Layranın güllələdiyi məlum olub.

Son günlər etirazçılar vaxtilə qul tucarəti ilə məşğul olmuş tarixi şəxsiyyətlərin heykəllərini hədəf seçib. Abidələr bir-birinin ardınca dağıdılır. Bu gün məşhur səyyah Xristifor Kolumbun heykəli etirazçıların qəzəbinə tuş gəlib. Qul ticarətinin bünövrəsini qoymaqda ittiham olunan Kolumbun heykəlinin başı qoparılıb, yandırılıb, sonra isə gölə atılıb.

Bundan əvvəl 19-cu əsr ABŞ siyasətçisi Cefferson Devisin heykəli acınacaqlı tale yaşamışdı. Avropada da belə meyllər müşahidə olunmağa başlayıb.

Son xəbərlər
Bütün xəbərlər »