“Azərbaycan Hava Yolları” QSC (AZAL) ölkə vətəndaşlarının vətənə qayıtması üçün təşkil olunan çarter reyslərinə biletlərin baha olması barədə deyilənlərə münasibət bildirib.
“Report”un məlumatına görə, AZAL-ın vitse-prezidenti qiymətlərin standart olduğunu deyib:
“Əvvəllər biletlərin qiymətləri alındığı tarixdən asılı olaraq dəyişirdi, kimsə ucuz, kimdə baha alırdı. Hazırda isə standart qiymətlərdir”, - deyə o, qeyd edib.
Bundan başqa, AZAL rəsmisi deyib ki, vətəndaşlar çarter reysləri üzrə biletlərin alınmasına təxminən 30 milyon manat xərcləyib.