Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan koronavirusa məğlub olub: hamı çipə inanır

Ermənistanda koronavirusla bağlı vəziyyət çox pisdir. Virusa yoluxanların sayı 15 minə yaxınlaşır.

Baş nazir Nikol Paşinyan ölkədəki epidemioloji vəziyyəti faciəvi adlandırır. Əminliklə Ermənistanın koronavirusa məğlub olduğunu demək mümkündür. Rusiyanın “Lenta.ru” portalının materialında da bundan bəhs edilir.

Nikol Paşinyan Nikol Paşinyan

Bizimyol.info xəbər verir ki, Ermənistanda virusla bağlı vəziyyət son üç həftədə xüsusilə pisləşib. İyunun 1-də həkimlər 1249 nəfərdən test götürmüşdülər. Həmin şəxslərin təxminən yarısında infeksiya aşkarlanmışdı. Ümumiyyətlə, sutka ərzindəki testlərin sayı 2 mini keçmir. Amma hər gün azı 400-500 nəfərin virusa yoluxduğu məlum olur.

Paşinyan bütün məsuliyyəti vətəndaşlara yükləməyin tərəfdarıdır. O, epidemioloji qaydalara riayət olunmadığını iddia edir. Baş nazir xüsusilə yerevanlıları qınayır. Hökumət sosial şəbəkələrdəki resurslarından bu məqsədlə istifadə edir. Sosial məsafə gözləməyən vətəndaşların fotoları paylaşılır, maska taxmayanlar fərqləndirilir.

“Cəhənnəmə doğru irəliləyirik”, - Paşinyanın sözləridir. Baş nazir deyir ki, hüquq-mühafizə orqanlarını epidemiya ilə mübarizəyə cəlb etməyi düşünmür. Çünki heç bu vəzifənin öhdəsindən gələ biləcək güc strukturu da yoxdur.

Paşinyanın paylaşdığı fotolarda, həqiqətən də, sosial məsafə gözlənilmir, insanlar bir yerdə toplaşmağı özünə rəva görür. Kənardan baxana elə gələ bilər ki, bu ölkədə heç pandemiya yaşanmır. Amma məsuliyyətin çoxu həm də hökumətin üzərinə düşür.

Ermənistanda eyni zamanda konspirologiya ayaq tutub yeriyir. Bunu da əminliklə yazmaq olar ki, ermənilər virusa inanmır. Epidemiyaya ciddi yanaşılmır. İnsanların bir qismi koronavirusu adi soyuqdəymədən fərqləndirmir. Digər qisim isə Bill Qeyts və onun ətrafının insanlara çip taxmağı planlaşdırdığına əmindir. İş orasındadır ki, Ermənistanda konspiroloji iddiaları həm də ciddi sayılacaq adamlar səsləndirir. Məsələn, siyasətçi Marina Xaçatryan ixtisasca həkimdir. Amma danışanda koronavirusu bioloji silah adlandırır. Xaçatryan virusun laboratoriya şəraitində hazırlanmasına inanır.

Media da dezinformasiya yayılmasında ciddi rol oynayır. Bu günlərdə ABŞ Dövlət Departamentinin qrant layihəsi sayılan “Medmedia.am” portalı ölkədə virus statistikasının şişirdildiyini yazmışdı. Özü də saytın rəhbəri Gevork Qriqoryan həkimdir. Ermənistan rəhbərliyinin lap əvvəldən özünü qeyri-ciddi aparması ayrıca söhbətin mövzusudur. Ölkənin ən populyar blogeri sayılan Paşinyan hələ martın 1-də ilk pasiyent aşkarlananda bunu “Facebook”da lağa qoymuşdu. Bunun ardınca səhiyyə naziri Arsen Torosyan televiziyada çıxış edərək virusun təhlükəli olmadığını demişdi. İndi bütün ölkəni virus bürüyüb. Ölkə rəhbərliyi daha ciddi davranırmı? Qətiyyən. Torosyanı mayın 7-də Yerevan kafelərindən birində maskasız yaxalamışdılar.

Paşinyan hüquq-mühafizə orqanlarını prosesdən kənarda tutmaqdan danışsa da, ölkədə bunun əksi baş verir. Polis küçədə birlikdə gəzən 4-5 adam görəndə onlara hücum edir, insanların qolunu buraraq yerə yıxır. Ermənistanda sosial və iqtisadi durumdan narazı insanlar həbs olunur. Hər gün virus testlərinin 30-40 faizi müsbət nəticə verir. Ermənistan rəhbərliyi başını itirib, məğlubiyyəti dərk etməyə başlayıb.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »