Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB-dən sərt karantin günlərində dərman çatdırılma ilə bağlı açıqlama

“Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin sahiblərinə tövsiyə edirik ki, çatdırılmanı pulsuz həyata keçirsinlər”.

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bu haldan sui-istifadə edilməməsi üçün vətəndaşlara da müraciət edib: “Gündəlik istifadə olunan dərmanların tədarükünün əvvəlcədən görülməsi məsləhətdir. Yalnız həyati vacib hallarda apteklərdən dərman sifariş etmək lazımdır”.

Qeyd edək ki, sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.

Fəaliyyət göstərəcək apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Qeydiyyat bitdikdən sonra sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdiriləcək.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »