Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AMEA koronaya “şeir yazır”

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan alimləri bədii yaradıcılıqla məşğul olan elm adamlarının fantaziyasının daha geniş olduğu qənaətinə gəliblər:

“Artıq ardıcıl olaraq 6-cı dəfədir ki, “Qoşa qanad: fizika və lirika” konfransları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilməkdə davam edir. Burada bizim institut ev sahibi olmaqla yanaşı, akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutlarında çalışan professional elm adamlarının bədii yaradıcılıq istiqamətindəki fəaliyyətinə dair məsələlər geniş müzakirə olunur.

Biz bunu obrazlı şəkildə “Qoşa qanad” adlandırırıq. Yəni elm və ədəbiyyat təfəkkürünün qoşa qanadları.

Bizimyol.info-nun məlumatına görə, o bu açıqlamanı Report-a verib.

Dünya alimlərinin koronavirusla mübarizə apardığı bir dövrdə AMEA əməkdaşlarının elmlə deyil, bədii yaradıcılıqla məşğul olması bir qədər qeyri- ciddi səslənir.Dünya koronayla çalxalanıb, artıq pandemiya elan ediləndən sonra bizim AMEA “koronavirus tac sözündən yaranıb və.s” kimi elmi açıqlama vermişdi. Hansı ki, bu açıqlamanı istənilən saytda ondan öncə yüzlərlə dəfə demişdilər, yazmışdılar,Vikipediyada virus barədə daha detallı informasiya əldə etmək olardı.İndi gündəm başqa bir sahəylə məşğul ikən elm adamlarımızın 6-cı dəfə yaradıcılıq konfransı keçirməsi , “koronavirusa” şer deməsi hansı zərurətdən yaranır?

Sosial şəbəkə istifadəçiləri bu xəbərə çox komik şərhlər yazıblar.

İlkə imza atmaq deyil də bə nədi? Gör dünyada bircə alimin ağlına gəlibmi koronaya şeirdən poemadan yazsın? Gələ də bilməz.

Şok,Şok.Azərbaycanda koronavirusun şeirlə müalicəsi tapıldı...

Elza Seyidcahanı geride qoydu AMEA. Day kecib bir konsert də o təşkil etsin koronaya.

Zarafat edirsiz, ya dogrudur?

Xəbər yox e,anekdot oldu bu lap.

Daha sözüm yoxdur

Bu xəbəri eşitməkdənsə, koronavirusa yoluxmağımı tərcih edərdim.

Kəşfləri yoxdur, şeir də olsa yazsınlar!

Ölkə deyile tok -şoudur.

Əvvəl-axır o boyda Akademiyada nəsə eləməlidilər ya yox? Nə də olsa hər gün işə gedirlər, ayda filan qədər maaş alırlar hökumət babadan. Heç olmasa bir şeir almanaxı miras qalsın nəsillərdən nəsillərə.

İlhamə

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »