Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə kazinolar kralını güllələyən killer Həsən Müzəffərov məhkəmədə danışdı...

Türkiyənin Bursa şəhərində 2019-cu ilin oktyabr ayında yerli qumarxanalar kralı kimi tanınan 55 yaşlı Zeynel Demiri öldürən Azərbaycan vətəndaşı Həsən Müzəffərov və ona qətli sifariş verməkdə təqsirləndirilən İbrahim Yıldırımın işi üzrə məhkəmə keçirilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 22 yaşlı H.Müzəffərov Dəmiri vurmaq üçün sifarişi Yıldırımdan aldığını deyib. Amma o, günahını boynuna almayıb və əksinə, Həsəni polisə təslim etdiyini bildirib.

Hadisə Bursanın Osmqanqazi rayonunun Dmirtaşpaşa məhəlləsində baş verib. Gecə klubunun sahibi Zeynel Demir iş yerinə girərkən silahlı hücuma məruz qalıb. Ona güllə dəyib və aparıldığı xəstəxanada keçinib. Polisin araşdırması nəticəsində ona atəş açan Həsən Müzəffərov və cinayətin təşkilatçısı qismində İbrahim Yıldırım tutulublar.

“Qumarxanalar kralı”nı öldürmək sifarişini verməkdə ittiham olunan Yıldırım məhkəmədə deyib ki, onun hadisədən xəbəri yoxdur. “Hadisə baş verən günü özümə avtomobil almaq istəyirdim. Bu məsələdə mənə kömək etməsi üçün saat 16.00 radələrində Bilal Aksoyla görüşdüm. Onunla görüşəndə yanında Həsəni gördüm. Həsənlə yaxın tanışlığım yoxdur. Həsən Elmasbahçeler məhəlləsinə çatanda avtomobildən endi. Bilalı isə yanacaqdoldurma məntəqəsində düşürdüm. Daha sonra saat 19.00 radələrində hadisə yerinə yaxın yerdə olan avtomobilə baxmağa getdim. Polisin küçəni bağladığını gördüm, Zeynel Demirin öldüyünü öyrəndim. Gecə saat 22.00 radələrində polis mənimlə əlaqə saxladı. Polisin göstərdiyi fotoşəkil Həsənə aid idi. Həsəni çağırdım, polis yaxaladı. Hadisə ilə əlaqəm yoxdur. Heç vaxt Zeynel Demirlə aramızda düşmənçilik olmayıb. Bir-birimizə “dayıoğlu deyirdik”. Həsənə onu öldürmək barədə sifariş verməmişəm”,-təqsirləndirlən bildirib.

Daha sonr məhkəmə Həsən Müzəffərovu dindirib. O deyib ki, Türkiyəyə 7 il əvvəl gəlib. İbrahim Yıldırımı isə dörd ildir tanıyır.

“Qardaş kimiyik. Setbaşı məhəlləsində yaşayıram. Hadisə günü ya İbrahim mənimlə əlaqə saxladı, yoxsa mənmi ona zəng vurdum, bilmirəm. Avtomobili ilə gəlib məni götürdü. Avtomobildə ondan başqa heç kim yox idi. Yolüstü Bilalı görüb avtomobilə mindirdik. Məni avtovağzala aparmasını xahiş etdim, Malatyaya gedəcəkdim. Bilal maşından endi. İbrahim mənə dedi ki, Zeynel Demirlə düşmənçiliyi var. Məndə silah olduğunu bilirdi. “Zeyneli ayağından yarala” dedi. Hadisənin baş verdiyi ərazinin yaxınlığında maşından düşdüm. Zeynel Demir gecə klubunun qarşısında dururdu. Yaxınlaşdım və silahı çəkib yerə tərəf 4 dəfə atəş açdım. Yıxıldığını görüb qaçdım. Sonra xəbərlərdən eşitdim ki, güllələr belindən dəyib. Öldürmək niyyətim yox idi”,-o deyib.

Lakin Zeynel Demirin qardaşı, məhkəmə iclasında şahid qismində iştirak edən Ramazan Demir qardaşının ölüm təhdidləri aldığını, onu təhdid edənlərin adlarını bilmədiyini deyib.

“Şübhəli İbrahim qohumumuz Cihanla ortaq idi. Silahı Həsənə Bilal və İbrahim verib. Avtomobil alma iddiası dorğu deyil. Onlardan şikaytçiyəm”,-şahid deyib.

Zeynel Demirin oğulları da şübhəlilərdən şikayətçi olduqlarını bildirib. Proses daha sonraya təxirə salınıb.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »