Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dövlətimizin hər zaman siyasətinin əsasını vətəndaş amili təşkil edir” - Deputat
“Pandemiya dünyanın bir çox dövlətlərində sürətlə yayılır. İnkişaf etmiş ölkələrdə də hər birimiz koronavirus infeksiyasının yayılmasının şahidi oluruq. Epidemiya başladığı bir gündən dövlətimiz qabaqlayıcı tədbirlərə başladı. Ölkə başçısının da vurğuladığı kimi tədbirlərin əsas məqsədi xəstəliyin qarşısını almaq və ən az fəsadlarla bu bəladan xilas olmaqdır. Dövlətimizin hər zaman siyasətinin əsasını vətəndaş amili təşkil edir. Əsas məqsəd xalqın sağlamlığının qorunmasıdır ki, ölkə başçısının verdiyi fərman və sərəncamlar bunun əyani təzahürüdür”.

Bu barədə Bizimyol.info-ya Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov

Müşfiq Cəfərov

Deputat qeyd edib ki, hazırda Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb: “Pandemiyanın yayıldığı ilk günlərdən etibarən virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlıqları və ləvazimatları Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün 23 laboratoriya ayrılmışdır. Həmçinin Sumqayıtda tibbi maska zavodu fəaliyyətə başlayıb. Yeni modul tipli xəstəxanaların açılışı oldu və 6 belə tibb ocağının inşası nəzərdə tutulub. Həyata keçirilən bütün bu tədbir və planlar əhalinin sağlamlığı və rifahı üçündür.

Bakıda “Yeni klinika” tibb müəssisəsi də fəaliyyətə başladı. Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqə yaradılıb, təşkilatın mütəxəssisləri ölkəmizə dəvət olunub. Bu dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirildi. Bütün bunlar və digər tədbirlər sosial müdafiənin gücləndirilməsinə yönəldilib. Daxili tələbatı ödəmək üçün ölkədə qısa müddət ərzində tibbi ləvazimatların istehsalına başlanıldı”.

Deputat Müşfiq Cəfərov bildirib ki, vətəndaşlarımız hər bir atılan addımların, təhlükəsizlik tədbirlərinin onların sağlamlığının qorunması məqsədi daşıdığını yaxşı başa düşürlər: “İndi həmişə olduğundan daha çox həmrəyliyə, bu çətin dövrdə dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var.

Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək yönümündə genişmiqyaslı tədbirlərlə bir daha təsdiqini tapır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »