Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyətinin üzvləri vəzifələrindən azad ediliblər.

Report-un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə, polis şöbəsinin Əməliyyat üzrə rəis müavini İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar.

Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyi

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Ağstafa RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »