Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14% artıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-may aylarında 15,5 mlrd. manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14% artıb.

Məlumata əsasən, sənaye məhsulunun 62% mədənçıxarma sektorunda, 31,6% emal sektorunda, 5,6% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,1% azalıb, əmtəəlik qaz hasilatı isə 15,5% artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 94,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,2%, sair nəqliyyat vasitələrinin istehsalı 37,6%, elektrik avadanlıqlarının istehsalı 26,%, tütün məmulatlarının istehsalı 26,1%, kimya sənayesi məhsullarının istehsalı 24,6%, kağız və karton istehsalı 15%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,6%, geyim istehsalı 13%, hazır metal məmulatlarının istehsalı 7,4%, içkilərin istehsalı 2,9%, neft məhsullarının istehsalı 2%, poliqrafiya məhsullarının istehsalı 1,8%, qida məhsullarının istehsalı 1,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 1,6% artıb, mebel istehsalı 1,5%, maşın və avadanlıqların istehsalı 8,2%, tikinti materiallarının istehsalı 9,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,2% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 13%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5% artıb.

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
››› “Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi
Son xəbərlər
Bütün xəbərlər »