Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qobu və Hökməli qəsəbələrinə qaz çəkilir

Qobu və Hökməli qəsəbələrinə qaz xətləri çəkilir.

Bizimyol.info xəbər verir  ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, 2020-ci il üzrə ölkədə qazlaşma işlərinə dair dövlət proqramının icrası çərçivəsində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrində qaz çəkilişlərinə start verilib.

Qobu qəsəbəsində yeni yaşayış massivində 1441 fərdi yaşayış evi qazlaşdırılacaq.

Layihə üzrə ümumi uzunluğu 90 kilometrə yaxın küçə xətlərinin çəkilişi planlaşdırılır. Evdaxili xətlərin uzunluğu isə təqribən 32 kilometrə yaxın olacaq. Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yerləşən yeni yaşayış massivində isə 220 fərdi yaşayış evinin qazlaşdırılması planlaşdırılır. Burada çəkiləcək müxtəlif diametrli daşıyıcı, küçə və evdaxili xətlərin ümumi uzunluğu 27 kilometrə yaxındır.

Hazırda qazlaşma işlərinin vaxtında tamamlanması üçün hər iki qəsəbədə işçi qüvvəsi var gücü ilə çalışmaqdadır.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
Son xəbərlər
Bütün xəbərlər »